Xəbər lenti

Türk reper azərbaycanlı xanımla oxuduğu mahnıya görə qeyri-adi cəza aldı
Maqazin15:40 11.10.2026

Türk reper azərbaycanlı xanımla oxuduğu mahnıya görə qeyri-adi cəza aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyəli reper Lvbel C5 barəsində mahnı sözlərinə görə başladılan istintaq çərçivəsində məhkəmə qərarı ilə bir sıra məhdudiyyətlər tətbiq edilib. Sənətçiyə xaricə çıxış qadağası qoyulub, həftədə iki dəfə polis bölməsində imza vermək və türk ədəbiyyatı üzrə təlimlərdə iştirak etmək öhdəliyi müəyyənləşdirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə “T24” nəşri məlumat yayıb.

Əsl adı Süleyman Burak Bodur olan reper azərbaycanlı reper Asya Əlizadə ilə birlikdə ifa etdiyi “Kahpe” mahnısının sözlərinə görə “cinayət törətməyə açıq şəkildə təhrik” ittihamı ilə istintaqa cəlb olunub. İstanbul Anadolu Respublika Prokurorluğunun apardığı araşdırma çərçivəsində saxlanılan sənətçi ifadəsi alındıqdan sonra həbs tələbi ilə hakim qarşısına çıxarılıb.

Bodur ifadəsində CİMER-ə edilən şikayətlərdən xəbər tutduqdan sonra mahnını bütün rəqəmsal platformalardan sildiyini bildirib. O, mahnının sözlərini xəyal gücünə əsaslanaraq yazdığını, zorakılığa təşviq etmək niyyətinin olmadığını və mətnin gənclərə ünvanlanan xəyali ifadələrdən ibarət olduğunu deyib. Reper mübahisə doğuran digər hissələrin isə duet ortağı Asya Əlizadəyə aid olduğunu söyləyərək ittihamları qəbul etməyib.

Məhkəmə iş materiallarındakı sübutları və Bodurun qaçmaq ehtimalının olmamasını nəzərə alaraq həbs qərarı çıxarmağı məqsədəuyğun hesab etməyib. Bunun əvəzinə, sənətçi barəsində xaricə çıxış qadağası, bazar ertəsi və çərşənbə günləri polis bölməsində imza vermək, eləcə də türk ədəbiyyatı üzrə təlimlərdə iştirak etmək şərtləri ilə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub.

Aydın