Xəbər lenti

6 ayda elmi dərəcə alanların sayı - 209 qadın, 86 kişi...
Ölkə 18:53 17.07.2026

6 ayda elmi dərəcə alanların sayı - 209 qadın, 86 kişi...

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) 2026-cı ilin I yarısında 295 nəfərə fəlsəfə doktoru, 40 nəfərə isə elmlər doktoru elmi dərəcəsi verib.

Komissiyadan Qaynarinfo-ya bildirilib ki, hesabat dövründə müxtəlif elm sahələri üzrə 209 qadın və 86 kişi olmaqla, ümumilikdə 295 nəfərə fəlsəfə doktoru, 20 qadın və 20 kişi olmaqla isə 40 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib.

Fəlsəfə doktoru elmi dərəcəsi alan qadın iddiaçılar arasında ən yüksək göstərici filologiya (59 nəfər), iqtisad (23 nəfər), pedaqogika (22 nəfər), biologiya (19 nəfər) və tibb elmləri (17 nəfər) sahələrində qeydə alınıb. Kişi iddiaçılar arasında isə iqtisad (23 nəfər) və texnika (19 nəfər) elmləri üstünlük təşkil edib.

Elmlər doktoru elmi dərəcəsi üzrə qadın iddiaçıların sayı filologiya elmlərində 8, pedaqogika və kimya sahələrində 3, biologiya, texnika, iqtisad, tarix, hüquq, sənətşünaslıq və fəlsəfə sahələrinin hər birində 1 nəfər olub.

Kişi iddiaçılar arasında isə texnika və iqtisad elmləri üzrə hər birində 4 nəfərə, tibb elmləri üzrə 3 nəfərə, filologiya üzrə 2 nəfərə, fizika, kimya, biologiya, coğrafiya, eləcə də milli təhlükəsizlik və hərb elmlərində hər sahə üzrə 1 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib.

Qeyd edək ki, hesabat dövründə fəlsəfə doktoru elmi dərəcəsi alanlar arasında qadınların sayı kişilərdən daha çox olub.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->