Xəbər lenti

Firdovsi Mahmudovun milyonluq obyekti hərraca çıxarıldı -
Ekonomiks 18:19 17.07.2026

Firdovsi Mahmudovun milyonluq obyekti hərraca çıxarıldı - "DəmirBank"a borcu var

Ağdaş rayonunun Nemətabad kəndi ərazisində yerləşən "Türyançay Fermer Təsərrüfatı” MMC-nin ləğvetmə prosesində olan "DəmirBank” ASC-yə milyonlarla manat kredit borcu qalıb.

Qaynarinfo-nun məlumatına görə, MMC-nin "DəmirBank” ASC-yə 7 459 478,31 manat kredit borcu var.

MMC tərəfindən həmin borc qaytarılmadığı üçün şirkətin Bakı şəhəri, Səbail rayonu, 4-cü Maqomayev döngəsi, 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilib.

Məhkəmə qeyri-yaşayış sahəsinin açıq hərracda satılması barədə qərar qəbul edib. Əmlakın likvid dəyəri 9 780 000 manat müəyyən edilib.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "Türyançay Fermer Təsərrüfatı” MMC-nin qanuni təmsilçisi iş adamı Mahmudov Firdovsi Bilal oğludur. Hazırda tərəflər arasında məhkəmə çəkişməsi davam edir.

Aydın
 

Türyançay Fermer Təsərrüfatı

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->