XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

7 milyonluq dələduzluq işi - Maliyyə Nazirliyi zərərçəkmişdir
Ekonomiks11:12 12.10.2024

7 milyonluq dələduzluq işi - Maliyyə Nazirliyi zərərçəkmişdir

Maliyyə Nazirliyinin zərərçəkmiş qismində tanındığı müdhiş dələduzluq əməli ilə bağlı məhkəmə prosesi başlayır. 
Qaynarinfo-nun məlumatına görə, dələduzluq əməlində Səfərov Fərəhim Əsgər oğlu, Samil Kamil oğlu və Kudina Yelena Yurik qızı adlı vətəndaşlar təqsirləndirilir.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə (Dələduzluq - bir qrup şəxs tərəfindən, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) ittiham irəli sürülüb.
Cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılacaq. Oktyabrın 16-na məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək.
İttihama görə, təqsirləndirilən şəxslər 7 milyondan çox vəsaiti dələduzluq yolu ilə ələ keçiriblər. 
Seyid