Siyasət 18:07 30.05.2022

ABŞ-ın Energetika Resursları Bürosunun rəsmisi Bakıya gəldi

ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin müavini Laura Lokman Azərbaycana səfərə gəlib.

Qaynarinfo ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 2-dək davam edəcək səfər çərçivəsində L.Lokman hökumət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, eləcə də Bakı Enerji Həftəsinda iştirak edəcək.