Xəbər lenti

Dünya 14:10 09.04.2024

ABŞ Qəzza zolağında müharibəyə son qoymaq üçün yeni təklif irəli sürdü - WSJ

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Qəzza zolağında altı aydır davam edən müharibəyə son qoymaq və qalan girovları azad etmək üçün İsrail və HƏMAS arasında razılığa gəlməyə kömək edəcək yeni təklif təqdim edib.

Bu barədə Qaynarinfo "The Wall Street Journal”a istinadən xəbər verir.

Plana əsasən, HƏMAS Qəzzada altı həftəlik atəşkəs müddətində İsrail həbsxanalarından 900 fələstinli məhbusun, o cümlədən terrorizm ittihamı ilə məhkum olunmuş 100 məhbusun azad edilməsi müqabilində Qəzzada hələ də saxlanılan 100-dən çox əsirdən 40-nı azad edəcək. 

ABŞ həmçinin fələstinli mülki şəxslərin oktyabr ayında münaqişə başlayandan bəri köçmək məcburiyyətində qaldıqları cənubdan Qəzzanın şimalına heç bir məhdudiyyət olmadan qayıtmasına icazə verilməsini təklif edib. İsrail HƏMAS döyüşçülərinin mülki əhali ilə qarışacağından və İsrailin artıq təmizləndiyini bildirdiyi ərazilərə qayıdacağından qorxaraq buna icazə vermək istəmirdi. Bundan əvvəl danışıqlarda iştirak İsrail rəsmiləri 60 min fələstinlinin oraya qayıtmasına icazə verməyi təklif edib. 

Plana əsasən, geri dönməyə icazə verilən fələstinlilər iki əsas şimal-cənub yolu boyunca hərəkət azadlığına malik olacaqlar, İsrail əsgərləri bu yolların təxminən 500 metr məsafəsində yerləşdiriləcək.

Təklif həm də HƏMAS-dan beşi qadın əsgər də daxil olmaqla, azad edəcəyi 40 girovun siyahısını təqdim etməyi və fələstinli məhbusların İsrail həbsxanalarından azad oluna bilməsi ilə bağlı kompromis əldə etməyi tələb edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->