Xəbər lenti

“Abrams” tezliklə döyüş meydanında olacaq: Ramşteyn formatında görüş başladı
Dünya 13:43 19.09.2023

“Abrams” tezliklə döyüş meydanında olacaq: Ramşteyn formatında görüş başladı

Almaniyada Ramstein formatında 15-ci görüş başlayıb.
 
Qaynarinfo Suspilna-ya istinadla xəbər verir ki, müdafiə naziri Umerov, Petaqon rəhbəri Lloyd Ostin və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Milli artıq tədbirə gəlib.

"Zaman Putinin əleyhinə işləyir", - ABŞ-ın müdafiə naziri Lloyd Ostin iclası açarkən deyib və tərəfdaşların lazım olduğu müddətdə Ukraynanın tərəfində olacaqlarına söz verib.

ABŞ generalı Mark Milli başlamazdan əvvəl jurnalistlərə açıqlamasında "Bu, əla görüş olacaq" deyib.

Ramşteyn görüşündə Pentaqonun rəhbəri bildirib ki, "Abrams” tankları tezliklə Ukraynada döyüş meydanında olacaq. O, həmçinin qeyd edib ki, ABŞ-ın Ukraynaya hərbi yardıma verdiyi töhfə "güclü olub və belə də qalır”.

"Ona görə də biz Ukraynaya göstərdiyimiz bütün yardımların səmərəli və düzgün istifadə olunmasını təmin etmək üçün ukraynalı tərəfdaşlarla sıx işləyəcəyik. Söhbət Ukraynada döyüş meydanında olmaq üzrə olan "Abrams" tanklarından gedir", - Ostin bildirib.

Bu, Rüstəm Umerovun Ukrayna müdafiə departamentinin rəhbəri kimi ilk görüşüdür. 

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->