Xəbər lenti

Ağa Maştağalıdan Yaşar Qafanlıya cavab:
Maqazin 17:17 14.07.2025

Ağa Maştağalıdan Yaşar Qafanlıya cavab: "Məni tanımayan..."

Meyxana ifaçısı Ağa Maştağalı həmkarı Yaşar Qafanlının ittihamlarına cavab verib.

Ağa Maştağalı Qaynarinfo-ya açıqlamasında deyib ki, onu tanımayan meyxanaçı ola bilməz:

"Bu bütün meyxana deyənlərə aiddir. Hansı meyxanaçı desə ki, mən Ağanı tanımıram, deməli o, meyxanaçı deyil. Bunları özümə də deyə bilər, bundan ötrü adam tutmağa ehtiyac yoxdur. Onun arxasınca harda danışmışam, bir dəfə olub. Vəssalam. Bütün günü deyirsə, səhv deyir".

Bundan əvvəl meyxana ifaçısı Yaşar Qafanlı saytımıza açıqlamasında bildirib ki, Ağa Maştağalını qeybət etməsində ittiham edib:

"Maştağalı bir meyxanaçı var, bütün günü deyir ki, Yaşar Qafanlı meyxana deyə bilmir. Onu tapın, deyin ki, niyə Yaşarın ünvanına belə bir söz deyirsən? Onu heç tanımıram, amma bütün günü ağzına gələni deyir".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->