XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ağamirzədən meyxananın efirlərdən sıxışdırılması iddiasına cavab: "Biz kiçik adamlarıq"
Maqazin16:14 14.08.2026

Ağamirzədən meyxananın efirlərdən sıxışdırılması iddiasına cavab: "Biz kiçik adamlarıq"

"Meyxana sənətinə qarşı televiziyalarda heç bir sıxışdırılma halına rast gəlməmişəm".

Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov meyxana ifaçılarının televiziya efirlərinə dəvət olunmaması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, meyxanaçıların hazırda efirlərdə az görünməsinin əsas səbəbi yay mövsümü ilə bağlıdır:

"Hamı istirahətdədir. Bütün əyləncəli və musiqili verilişlər dayanıb. Hətta meyxanaçıların çıxış etdiyi, dəvət olunduğu verilişlərin də hamısı bağlanıb. Hazırda yaydır, hamı istirahətdədir. Sentyabrda hər şey qaydasına düşəcək. Verilişlər fəaliyyətini bərpa edəcək. O zaman meyxanaçılar da verilişlərə dəvət olunacaq".

Ağamirzə Məmmədov Məhərrəmlik ayı ilə əlaqədar bir neçə verilişə dəvət aldığını, lakin həmin proqramlara qatılmadığını bildirib:

"Amma getmədim. Yeni mövsümdən hər şey qaydasına düşəcək. Meyxanaçılar kimə nə edib? Çağıracaqlar".

Ağamirzə Məmmədovdan yeni mövsümdə də meyxanaçıların efirlərə dəvət olunmayacağı təqdirdə hansı addımların atıla biləcəyini belə cavablandırıb:

"Nə edə bilərik? Biz kiçik adamlarıq, əlimizdən nə gəlir? Dövlət və hökumət nə deyəcəksə, biz də baş üstə deyəcəyik".

Qeyd edək ki, meyxanaçı Rüfət Nasosnu meyxana ifaçılarının televiziya efirlərinə dəvət olunmamasından narahatlığını ifadə edib. O, Azərbaycan xalqının yaratdığı, əsrlər boyu yaşatdığı, sözə, zəkaya və improvizasiyaya əsaslanan meyxana sənətinin televiziya ekranlarından sıxışdırıldığını bildirib.

Bahar Rüstəmli