Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) sentyabr ayında növbədənkənar qurultay keçirəcək. Buna səbəb mayın 26-da keçirilən qurultayda qəbul olunan qərarların Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməməsidir.
Bu barədə Qaynarinfo-ya Xalq artisti Şeyx Əbdül Mahmudbəyov məlumat verib.
Onun sözlərinə görə, yeni qurultayın sentyabr ayında keçirilməsi planlaşdırılır:
"Qurultay açıq keçiriləcək, bütün media nümayəndələri dəvət olunacaq. Qurultay nümayəndələri istədikləri namizədə səs verəcəklər".
Bahar Rüstəmli
Şərhlər