Müğənni Akif İslamzadənin səhhəti normallaşıb.
Bunu Qaynarinfo-ya açıqlamasında sənətkarın oğlu Ayxan İslamzadə deyib.
O bildirib ki, Alif İslamzadə günün ikinci yarısına palataya köçürüləcək:
"Səhhəti qaydaya düşüb. Hər şey yaxşıdır. Həkimlər deyir ki, bir azdan palataya köçürəcəyik".
Qeyd edək ki, müğənni Akif İslamzadənin səhhətində problem yaranıb və xəstəxanaya yerləşdirilib. Həkimlər onun infarkt keçirdiyini bildirib və sənətçinin ürəyinə stend qoyulub.
Bahar Rüstəmli
Şərhlər