Xəbər lenti

Ölkə 19:45 09.01.2024

Şamaxıda yerləşən alpaka fermasını videoya çəkdi, cərimə edildi

Şamaxıda alpaka fermasını lentə alan taksi şoferi saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, Bakıdan Şamaxıdakı alpaka fermasına müştəri aparan taksi şoferi Ruslan Cəfərov (ad-soyad şərti) telefonla heyvanları çəkməyə başlayıb. 

"Alpaka" MMC-nin mühafizəçisi ona yaxınlaşaraq, çəkliş aparmağa icazənin olmadığını bildirib. O, nəzarətçiyə bildirib ki, Azərbaycan vətəndaşıdır və çəkiliş aparmaq istəyir. O, "Digər şəxslərə videoya çəkmək olar, mənə isə yox?", deyə mühafizəçiyə etiraz edib.

Ruslan Cəfərov ilə Nurulla adlı mühafizəçi ilə mübahisə davaya çevirilib. Müvafiq şikayətlə Ruslan Cəfərov polis tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. İş məhkəməyə göndərilib. 

Məhkəmədə mühafizəçi Nurullah deyib ki, təqsirləndirilən şəxs avtomobili "Alpaka" MMC-nin duracaq yerində deyil, kənarda saxlayaraq mahnıya yüksək səs verib, bu qonaqların narazılığına səbəb olduğu üçün ona narazılığını bildirib. Bu zaman həmin şəxsin onun ünvanına nalayiq ifadələr işlətməsini eşidib, ona yaxınlaşaraq söyüş söyməsinin səbəbini soruşub. Bu zaman Ruslan Cəfərov ona "digər şəxslərə videoya çəkmək olar, mənə isə yox?", deyə cavab verib.

Məhkəmənin hökmü ilə taksi sürücüsü İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 70 manat məbləğində cərimə edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->