Gündəlik məşqlərlə paralel olaraq heyətini də komplektləşdirməyə çalışan "Araz-Naxçıvan" daha bir legionerlə anlaşıb.
Bu barədə Qaynarinfo-ya klubun mətbuat xidmətindən məlumat verilib.
Qvineyalı dayaq yarımmüdafiəçisi Mamadu Kane yeni mövsümü "Araz-Naxçıvan"ın heyətində keçirəcək. Onunla imzalanan müqavilənin müddəti 1 illikdir.
29 yaşlı futbolçu müxtəlif illərdə "Satellite", "Kaloum", "Qanqan", "Neftçi" (Bakı), "Olimpiakos", "Rodina Moskva", "Auda", "Etnikos" klublarında çıxış edib. Sonuncu klubu isə Kiprin "Pafos" komandası olub.
Kane 2020-ci ildə Qvineya millisinin heyətində 19 oyun keçirib, 5 qol vurub. O, 2017-ci ildə isə ölkəsinin U-20 yığmasına cəlb edilib, 7 matçda meydana çıxıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
Şərhlər