XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bu aksesuar kameraların insanlar haqqında məlumat toplamasının qarşısını ala bilər
Texnologiya22:08 14.08.2026

Bu aksesuar kameraların insanlar haqqında məlumat toplamasının qarşısını ala bilər

Müasir texnologiyaların inkişafı ilə üz tanıma sistemlərindən narahat olan insanların sayı artır. 

Qaynarinfo "Divany" nəşrinə istinadən xəbər verir ki, bu məqsədlə hazırlanmış xüsusi eynək linzaları müşahidə kameralarının insan sifətini dəqiq skan etməsini çətinləşdirə bilər.

Mütəxəssislərin sözlərinə görə, belə linzalar infraqırmızı diapazonda işığı əks etdirir. Məhz bu işıq növündən üz tanıma sistemlərinin böyük əksəriyyəti istifadə edir. Alternativ variant kimi infraqırmızı işığı əks etdirən nazik çəhrayı örtüklü linzalar göstərilir.

Materialda qeyd olunur ki, gün eynəkləri artıq təkcə günəş şüalarından qorunmaq üçün deyil, həm də biometrik identifikasiya sistemlərinin işini çətinləşdirmək məqsədilə istifadə oluna bilər.

"Getdikcə daha çox istehsalçı biometrik identifikasiya üçün istifadə edilən kameraların işinə mane olmaq məqsədilə xüsusi linzalar hazırlayır. Beləliklə, rəqəmsal özünümüdafiə gündəlik geyimin bir hissəsinə çevrilir", deyə nəşr yazır.

Moda deyil, həm də təhlükəsizlik vasitəsi

Məqalədə vurğulanır ki, gün eynəkləri yalnız dəb elementi deyil. Avropa İttifaqında satılan bu məhsullar təhlükəsizlik normalarına cavab verməli və gözləri zərərli ultrabənövşəyi (UV) şüalardan etibarlı şəkildə qorumalıdır.

Mütəxəssislər bildirirlər ki, UV filtrsiz tünd rəngli linzalar təhlükəli ola bilər. Belə linzalar bəbəyin genişlənməsinə səbəb olur, lakin zərərli ultrabənövşəyi şüaları kifayət qədər bloklamadığından gözə daha çox şüanın daxil olmasına şərait yaradır.

Gün eynəklərinin təhlükəsizlik tələbləri "EN ISO 12312-1” standartı ilə müəyyən edilir. Bu standart günəş şüalarından qorunmaq üçün nəzərdə tutulan eynəklərin texniki göstəricilərini tənzimləyir.

Üz tanıma sistemlərinə qarşı xüsusi linzalar

Nəşrin yazdığına görə, xüsusi hazırlanmış eynəklər zahirən adi gün eynəklərindən demək olar ki, seçilmir. Lakin onlar ultrabənövşəyi şüalarla yanaşı, infraqırmızı işığın bir hissəsini də süzür.

Bu xüsusiyyət vacib hesab olunur, çünki müasir üz tanıma sistemlərinin əksəriyyəti zəif işıqlandırma şəraitində belə sifəti dəqiq müəyyən etmək üçün infraqırmızı işıqlandırmadan istifadə edir.

Məqalədə qeyd olunur ki, ABŞ şirkətlərindən biri istehsal etdiyi gün eynəklərinin bu cür kameraların sifəti detallı şəkildə skan etməsini çətinləşdirdiyini bildirir. Şirkətin məqsədi nəzərə çarpan texnoloji cihaz hazırlamaq deyil, insanların hər gün istifadə edə biləcəyi adi aksessuar yaratmaq olub.

Bundan əlavə, xüsusi linzalar artıq təkcə gün eynəkləri üçün deyil, həm də dioptriyalı eynəklər üçün əlçatandır.

Aydın