Xəbər lenti

Avropa 2030-a batareyalar baxımından Çindən asılı ola bilər -
Dünya 18:09 18.09.2023

Avropa 2030-a batareyalar baxımından Çindən asılı ola bilər - "Reuters"

2030-cu ilə qədər Aİ, Rusiyanın Ukraynaya hücumundan əvvəl regionun Rusiya enerjisindən asılı olduğu kimi, litium-ion batareyaları və yanacaq elementləri baxımından Çindən asılı vəziyyətə düşə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” Avropa İttifaqı liderləri üçün hazırlanmış sənədə istinadən yazır.

Qəzet qeyd edir ki, günəş və ya külək kimi bərpa olunan enerji mənbələrinin fasiləli xarakterinə görə, Avropa 2050-ci ilə qədər xalis sıfır karbon emissiyası hədəfinə çatmaq üçün enerji saxlama imkanlarına ehtiyac duyacaq.

 "Bu, litium-ion batareyalara, yanacaq elementlərinə və elektrolizatorlara olan tələbatımızı kəskin şəkildə artıracaq ki, bu da növbəti illərdə onun 10-30 dəfə artacağı gözlənilir”, - sənəddə deyilir.

Bundan əlavə, sənəddə analoji senarinin rəqəmsal texnologiyalar sektorunda da baş verə biləcəyi bildirilir. Sensorlar, dronlar, məlumat serverləri, saxlama avadanlığı və məlumat şəbəkələri kimi rəqəmsal cihazlara tələbatın bu onillikdə sürətlə artacağı proqnozlaşdırılır.

2030-cu ilə qədər bu asılılıq Avropa sənaye və xidmət sektorlarının təcili ehtiyac duyduğu məhsuldarlığın artımına ciddi mane ola bilər, həmçinin kənd təsərrüfatı sistemlərinin modernləşdirilməsinə çətinlik yarada bilər.

Agentliyə daxil olan sənəd oktyabrın 5-də Aİ liderlərinin Qranada görüşündə Avropanın iqtisadi təhlükəsizliyinə dair müzakirələrin əsasını təşkil edəcək. Liderlər Avropanın Çindən hədsiz dərəcədə asılı olma riskini azaltmaq və Afrika və Latın Amerikasına doğru şaxələndirmə ehtiyacını artırmaq üçün Avropa Komissiyasının təkliflərini müzakirə edəcəklər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->