Xəbər lenti

Avropada qazın qiyməti 22% artdı
Dünya 17:27 09.08.2023

Avropada qazın qiyməti 22% artdı

Niderlandın TTF qovşağında sentyabr fyuçerslərinin qiyməti Forex bazarında mövcud məzənnə nəzərə alınmaqla 22,43% artaraq 1 MVt/saat üçün 38,035 avro və ya 1 min kubmetr üçün 438,4 dollar təşkil edib.

Qaynarinfo xəbər verir ki, bu barədə ICE birjasının məlumatlarına istinadən RBC yazır.

Avropada qazın 1000 kubmetri bu il iyulun 5-dən ilk dəfə 400 dollardan yuxarı satılır. 

Avropa təbii qaz fyuçerslərinin artımı mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün azalması ilə bağlı narahatlıqların nəticəsidir.

"Bloomberg" ABŞ-dakı böyük ekspert terminalına qaz axınının azaldığını bildirir. Bundan əlavə, qaz qiymətlərinin daha yüksək olduğu payızda LNG tədarüklərinin Avropadan Asiyaya yönləndirilməsi riski var, - "Trading Economics" qeyd edir.

Bu qorxular hətta Avropa anbarlarında qaz ehtiyatlarının rekord həddə olması və 87,72%-ə çatması faktını üstələyir. Bir il əvvəl çənlər yalnız 72% dolu olub.

Bu arada Almaniyanın ən böyük enerji şirkəti EON Avropa enerji bazarının hələ də bu qışda kəskin qiymət artımı ilə təhlükə altında olduğunu bildirib və vətəndaşları və müəssisələri qaz və elektrik enerjisinə yenə də qənaət etməyə çağırıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->