Xəbər lenti

Sənət 17:15 14.11.2023

Ayaz Salayev: “Nə Rasim Balayev, nə də ki Şəfiqə Məmmədova məni maraqlandırmır, onlar...”

"Kobud səslənməsin, bu qurum məni qətiyyən maraqlandırmır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor və kinoşünas Ayaz Salayev Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti qurultayı ilə bağlı danışarkən deyib. 

Ayaz Salayev ittifaqın qurultayında iştirak etməyəcəyini bildirib:

"Namizədliyimi də irəli sürmək fikrim yoxdur. İşlərim çoxdur, vaxtım da az qalıb. Yaşım da 60-ı keçib, yaradıcı  planlarım var, onları başa çatdırmalıyam. İkinci səbəb   də var, amma onu açıqlamaq istəməzdim. Amma bu səbəb daha önəmlidir. Mən  bu barədə lap əvvəldən sözümü demişəm. Bu qurultayla bağlı heç nə danışmaq istəməzdim”. 

Ayaz Salayev vaxtını yaradıcı işlərə sərf edəcəyini qeyd edib. 

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti qurultayına hazırlıqlar gedir. Məlumata görə, Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədova namizədliyini bu qurultayda yenidən irəli sürüb və sədr postu uğrunda mübarizə aparacaqlar. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->