Xəbər lenti

Azərbaycan Basketbol Liqası: XIII tura start verildi
İdman 16:54 16.01.2026

Azərbaycan Basketbol Liqası: XIII tura start verildi

Azərbaycan Basketbol Liqasında XIII tura start verilib.

Qaynarinfo xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

B qrupunda "Naxçıvan" səfərdə "Lənkəran"la üz-üzə gəlib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 106:75.

"Naxçıvan" 23 xalla ikinci, meydan sahibləri 16 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura yanvarın 18-də yekun vurulacaq.

--> -->