Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yexlax şəhərlərində inşa etdiyi yaşayış kompleklərindəki güzəştli mənzillərin seçimi həyata keçirilib.
Qaynarinfo xəbər verir ki, ümumilikdə 535 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə satışı prosesinə saat 11:00-da başlanılıb və mənzillərin seçimi müvafiq qaydalara uyğun baş tutub.
Agentliyin inzibati binasında yaradılmış operativ qərargahda Dövlət Təhlükəsizliyi Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin və media nümayəndələrinin iştirakı ilə nəzarət edilib.
Seçim mərhələsi başa çatdıqdan sonra isə MİDA-nın nümayəndəsi "Güzəştli mənzil" sistemində aparılan təkmilləşdirmə işləri, mənzil seçimi mərhələlərində edilən dəyişikliklər və xüsusi proqram təminatları vasitəsilə mənzillərin daha sürətli seçilməsinin qarşısının alınması məqsədilə seçim prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş etdirib.
"Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi də bu gün saat 12:00-da başlayıb və saat 16:00-a qədər davam edəcək.
11.11
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin növbəti satışı başlayıb.
Qaynarinfo xəbər verir ki, mənzillərin satışı bu gün - sentyabrın 4-də saat 11:00-dan etibarən həyata keçirilir.
Satış elanına Lənkəran və Şirvan şəhərlərində yerləşən yaşayış komplekslərindəki mənzillər daxildir.
Belə ki, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə bir mənzil satışa təqdim olunur.
Bundan başqa, satış Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən yaşayış kompleksi üzrə mənzilləri də əhatə edir.
Mənzillərin seçimi və əldə edilməsi MİDA-nın elektron sistemi vasitəsilə həyata keçirilir. Satışda iştirak etmək hüququ olan şəxslər elektron kabinetləri üzərindən satışa çıxarılan mənzillərə baxa və müəyyən edilmiş qaydada seçim edə bilərlər.
MİDA tərəfindən təqdim olunan mənzillər güzəştli mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif olunur.
Mənzil seçimi zamanı satış elanında göstərilən şərtlər, mənzilin yerləşdiyi yaşayış kompleksi, otaq sayı və digər xüsusiyyətlər nəzərə alınır.
Qeyd edək ki, mənzillərin satışı ilə bağlı ətraflı məlumat, o cümlədən satışa çıxarılan mənzillərin siyahısı və onların xüsusiyyətləri MİDA-nın rəsmi elektron xidmətlər bölməsində yerləşdirilib.
Şərhlər