Bakıda fantastik qiymətə mənzil satılıb.
Qaynarinfo-nun məlumatına görə, mənzil eksperti Vüqar Əliyev verdiyi müsahibələrin birində bildirib ki, sözügedən mənzil mart ayında satılıb. O, bu barədə Nazim Qasımzadənin "Uzun sözün qısası" podcastında danışıb.
"Mənzil Bakıdadır və 80 milyon dəyərində olub. Hazırda mənzildə məşhur simalardan biri yaşayır. Mənzil bir hektar ərazinin içərisindədir. Yeni tikili və 4 mərtəbəli bina evidir", deyə ekspert bildirib.
İzləyicilər sözügedən mənzilin Xalq artisti Röya Ayxana satıldığını bildirib. Amma bu iddialar hələ təsdiqlənməyib.
Bahar Rüstəmli
Şərhlər