XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ukrayna və Polşa dünya çempionatına ev sahibliyi etmək istəyir
İdman11:30 04.09.2026

Ukrayna və Polşa dünya çempionatına ev sahibliyi etmək istəyir

Ukrayna və Polşa futbol üzrə dünya çempionatına birgə ev sahibliyi etmək üçün namizədlik ərizəsi təqdim etmək imkanını nəzərdən keçirir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Ukraynanın idman naziri Matvey Bednı bildirib ki, dünya çempionatının keçirilməsi üçün ən yaxın boş tarix 2040-cı illərə təsadüf edə bilər.

"Dünya çempionatının keçirilməsi üçün ən yaxın boş tarix haradasa 2040-cı illərdədir. Buna görə də artıq indidən bu perspektivi nəzərə alaraq planlaşdırma aparmalıyıq”, deyə nazir bildirib.

O, həmçinin xatırladıb ki, Ukrayna və Polşanın böyük futbol turnirini birgə keçirmək təcrübəsi var. İki ölkə 2012-ci ildə Avropa çempionatına birgə ev sahibliyi edib.

Bununla belə, hələlik FİFA-ya rəsmi müraciət təqdim edilməyib. Təşəbbüs artıq Qdanskda keçirilən Ukraynanın bərpası üzrə konfrans çərçivəsində Kiyev və Varşavanın nümayəndələri tərəfindən müzakirə olunub.

2026-cı ildə Ukrayna millisi dünya çempionatına vəsiqə qazana bilməyib. Bu səbəbdən azarkeşlər baş məşqçini və komandanı sərt tənqid ediblər. Ukrayna futbolçuları sonuncu dəfə 20 il əvvəl dünya çempionatında iştirak ediblər.

2030-cu il dünya çempionatına İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək. 2034-cü ildə isə turnirin yeganə ev sahibi Səudiyyə Ərəbistanı olacaq.

Aydın