Xəbər lenti

Azərbaycan III Avropa Oyunlarında daha bir "qızıl" qazandı
İdman17:00 23.06.2023

Azərbaycan III Avropa Oyunlarında daha bir "qızıl" qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın qadın karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarının qalibi olub.
Qaynarinfo xəbər verir ki, 68 kq-da çıxış edən idmançı finalda isveçrəli Yelena Kuiriçə 4:1 hesabı ilə qalib gəlib.
Beləliklə, Zaretska ikinci dəfə Avropa Oyunlarının qalibi olub. O, Bakı-2015-də də qızıl medala sahib çıxmışdı. Titullu idmançı 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilmiş analoji yarışda isə ikinci yeri tutmuşdu.
Qeyd edək ki, bu mükafatla Azərbaycan idmançılarının III Avropa Oyunlarındakı medallarının sayı 3-ə çatıb. Hər 3 mükafatı karateçilər əldə ediblər. Daha əvvəl Tural Ağalarzadə (67 kq) qızıl, Asiman Qurbanlı (+84 kq) isə bürünc medala yiyələnib.