Xəbər lenti

Ölkə 09:05 21.04.2023

Azərbaycan məscidlərində bayram namazı qılındı (YENİLƏNİB)

Azərbaycan məscidlərində bayram namazı qılınıb.

Qaynarinfo xəbər verir ki, Əjdərbəy" məscidində saat 08.00-də, Təzə Pir" məscidində isə bayram namazı saat 09:00-da qılınıb.

Namaz Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə Təzəpir məscidində qılınıb.
 
08.38
 
Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb.

Qaynarinfo-nun xəbərinə görə, namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə Əjdərbəy məscidində qılınıb.

Qeyd edək ki, bayram namazı Təzə Pir məscidində isə saat 09:00-da qılınacaq.

Bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 22-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->