XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Türkiyənin iki vilayətində zəlzələ oldu
Dünya23:49 25.08.2026

Türkiyənin iki vilayətində zəlzələ oldu

Türkiyənin Adıyaman və Malatya vilayətlərində ard-arda zəlzələlər qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, ilk yeraltı təkan Adıyamanın Sincik rayonunda baş verib. Yerli vaxtla saat 21:43-də qeydə alınan zəlzələnin gücü 4,2 maqnituda, ocağı isə 7 kilometr dərinlikdə olub.

Digər zəlzələ isə Malatya vilayətinin Yeşilyurt rayonunda meydana gəlib. Bu yeraltı təkanın böyüklüyü 4,1 maqnituda təşkil edib.