XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Avropada istirahət üçün ən ucuz ölkə və şəhərlər açıqlandı
Dünya21:05 25.08.2026

Avropada istirahət üçün ən ucuz ölkə və şəhərlər açıqlandı

"Thomas Cook" şirkəti 50-dən çox məşhur turizm istiqamətini təhlil edərək sentyabr ayında bir gecəsi 100 avrodan ucuz olan ölkə və şəhərlərin siyahısını hazırlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Reytinqdə ilk yeri Albaniyanın paytaxtı Tirana tutub. Şəhərdə bir sutkalıq qalma səfər edən şəxsə orta hesabla 32 avroya başa gəlir. Ucuz restoranda şam yeməyinin qiyməti 8,50 avro, yerli pivənin qiyməti isə 1,50 avrodur.

İkinci yerdə Rumıniyanın paytaxtı Buxarest qərarlaşıb. Burada restoranda şam yeməyinin orta qiyməti 12 avrodan bir qədər çox, avtobus üçün gediş kartının qiyməti isə təxminən 1,50 avrodur.

İlk beşliyə Türkiyənin iki şəhəri də daxil olub. Antalya Varşava ilə birlikdə üçüncü yeri bölüşüb, İstanbul isə beşinci sırada qərarlaşıb. İstanbulda otellər də ən münasib qiymətli variantlardan biri olub – adambaşına orta hesabla 28 avro. Ucuz naharın qiyməti isə 8-9 avro təşkil edib.

Siyahıda Türkiyənin Muğla şəhəri də yer alıb. Burada adambaşına gündəlik yaşayış xərci təxminən 87 avrodur. Digər istiqamətlər və adambaşına gündəlik təxmini yaşayış xərcləri belədir:

* Krakov, Polşa – 87 avro;

* Vilnüs, Litva – 90 avro;

* Frankfurt, Almaniya – 90 avro;

* Lion, Fransa – 91 avro;

* Tallin, Estoniya – 93 avro;

* İraklion, Yunanıstan – 99 avro;

* Porto, Portuqaliya – 100 avro.

Aydın