XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamda dəyişiklik edildi
Ekonomiks16:40 25.08.2026

Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamda dəyişiklik edildi

Azərbaycan Prezidenti İlham Əliyev Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqları ilə bağlı 2021-ci il 29 may tarixli sərəncamda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla əvvəlki sənədin adında və mətnində “Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının” ifadəsi “Elbəydaş filiz yatağının” ifadəsi ilə əvəz edilib.

Bununla yanaşı, sərəncamın müvafiq hissələrindən Qaşqaçay və Ağduzdağ filiz yataqları ilə bağlı müddəalar çıxarılıb. Sənəddə “yataqların” sözü də “yatağın” sözü ilə əvəz edilib.

Sərəncama əsasən, Nazirlər Kabinetinə sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə isə əvvəlki sərəncamın 2.1-ci bəndinə uyğun olaraq imzalanmış müqavilələrə xitam verilməsi və ya həmin müqavilələrdə dəyişiklik edilməsi ilə bağlı məsələləri həll etməlidir.

Beləliklə, 2021-ci ildə üç filiz yatağı ilə bağlı qəbul edilmiş sərəncam bundan sonra yalnız Elbəydaş filiz yatağına şamil olunacaq.