Xəbər lenti

Azərbaycan Premyer Liqasında ilk tura start verilir
İdman 10:01 04.08.2023

Azərbaycan Premyer Liqasında ilk tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə start veriləcək.

Qaynarinfo-nun məlumatına görə, turun ilk matçı Bakıda keçiriləcək.
 
Çempionatın debütantı "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edəcək. "Dalğa Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası
2023/24 mövsümü
I dövrə, I tur
 
4 avqust
20:00. Araz-Naxçıvan - Turan Tovuz 
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Asiman Əzizli, Kamran Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Dalğa Arena”.

"Səbail" - "Sumqayıt" və "Qarabağ" - "Zirə" matçları avqustun 5-də, "Kəpəz" - "Neftçi" və "Sabah" - "Qəbələ" görüşləri isə 6-da keçiriləcək.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->