Ekonomiks 23:23 17.05.2022

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlandı

2022-ci ilin aprelində Azərbaycan vətəndaşları Türkiyədə 156 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 25 obyekt daha çoxdur.

Trend bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan vətəndaşları Türkiyədə 382 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 71 obyekt azdır.

2022-ci ilin aprel ayında Türkiyədə 133 058 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 38,8 faiz çoxdur.

Aprel ayında Türkiyədə 6 447 əmlak əcnəbilərə satılıb.

Qeyd edək ki, 2021-ci il ərzində Azərbaycan vətəndaşları Türkiyədə 1 517 obyekt satın satın almışdı.