Xəbər lenti

Azərbaycanda çevik iş vaxtı modelinin tətbiqi planlaşdırılır
Ekonomiks 14:31 20.07.2026

Azərbaycanda çevik iş vaxtı modelinin tətbiqi planlaşdırılır

Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı modelinin yaradılması nəzərdə tutulur.

Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.

Plana əsasən, çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativlər hazırlanmalıdır.

Əsas icraçı orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçı isə İqtisadiyyat Nazirliyi təyin edilib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->