XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kim özünə daha çox güvənir: Kişilər, yoxsa qadınlar?
Dünya23:43 06.09.2026

Kim özünə daha çox güvənir: Kişilər, yoxsa qadınlar?

Gender stereotipləri kişilərin qadınlardan daha özünəinamlı olduğunu göstərir. Lakin özünəinam mürəkkəb anlayışdır. Öz inanclarına əmin olmağın yaxşı xüsusiyyət olduğu düşünülür və bu, həqiqətən də belədir – əgər insan haqlıdırsa. "Bəs səhv etdiyiniz zaman da özünəinam eyni səviyyədə qalırmı?".

Qaynarinfo xəbər verir ki, bu barədə "Science Focus" sual edir.

"Journal of Political Economy" jurnalında 2026-cı ildə dərc olunan araşdırmanın nəticələri bu dilemmanın mahiyyətini ortaya qoyur.

Məqalədə bildirilir ki, araşdırma çərçivəsində iştirakçılar ingilis psixoloq Con Raven tərəfindən 1930-cu illərdə hazırlanmış "Ravenin proqressiv matrisləri" əsasında standart intellekt testindən keçiblər.

Əvvəlki araşdırmalar, bir qayda olaraq, bu testlərin nəticələrində kişilərlə qadınlar arasında ciddi fərq aşkar etməyib. Bununla belə, bəzi tədqiqatlarda kişilərin cüzi üstünlüyü müşahidə olunub.

Lakin nəşrin məlumatına görə, son araşdırmada alimlər iştirakçıların öz qabiliyyətlərinə nə dərəcədə əmin olduqlarını da nəzərə almaq üçün testi uyğunlaşdırıblar. Bu, onların cavablarının doğru olduğuna nə qədər mərc etməyə hazır olmaları əsasında müəyyənləşdirilib.

Araşdırma iştirakçıları doqquz elementdən ibarət 36 tapmacanı həll etməli olublar. Hər tapmaca 3×3 ölçülü simvollar matrisindən ibarət olub. Matrisdə bir simvol çatışmayıb və iştirakçılara çatışmayan element üçün səkkiz mümkün variant təqdim edilib.

"İştirakçılar hər dəfə düzgün elementi seçdikləri halda 72 dollara qədər qazana bilirdilər. Lakin bəzi hallarda onlara çatışmayan elementlə bağlı seçimlərinin doğru olduğuna mərc etmək üçün yalnız bir virtual jeton, digər hallarda isə 80 jetona qədər vəsait verilirdi", deyə nəşr yazır.

Beləliklə, cavablarından əmin olmayan iştirakçılar mərclərini "sığortalamaq" üçün jetonları çatışmayan elementin bütün səkkiz variantı arasında bölüşdürə və bununla belə kiçik mükafat əldə edə bilirdilər.

Qeyd olunur ki, maliyyə stimullarının tətbiqi cavabların dəqiqliyini artırıb. Orta hesabla insanlar pul mükafatı qarşılığında bir jeton mərc etmələri istənildikdə, pulun riskə qoyulmadığı eyni testlə müqayisədə sualların 14 faiz daha çoxuna düzgün cavab veriblər.

Lakin tədqiqatçılar qadınların nəticələrini ayrıca təhlil etdikdə məlum olub ki, mükafatın olmadığı ssenaridə onların göstəriciləri orta nəticədən aşağı olub.

"Maraqlıdır ki, bir jeton qarşılığında maliyyə stimulu təklif edildikdə onların nəticələri yaxşılaşıb, 80 jetona qədər mərc etməyə imkan verildikdə isə daha da yüksəlib", deyə məqalədə qeyd olunur.

Əslində, 80 jetonlu ssenaridə qadınlar kişilərdən daha yaxşı nəticə göstəriblər. Bu isə onu göstərir ki, düzgün cavabı bildikləri halda qadınlar öz seçimlərinə daha çox əmin olub və ona daha çox sayda jeton qoymağa hazır olublar.

Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr cəmiyyətin kişiləri "həddindən artıq özünəinamlı" olmağa təşviq etdiyi fikrini təsdiqləyir. Bu termin özünəinamın əsassız ola biləcəyini ifadə edir.

Onların fikrincə isə məsələ qadınların özünəinamının çatışmamasında deyil. Qadınlar sadəcə nə vaxt özlərinə əmin olmağın məqsədəuyğun olduğunu daha yaxşı bilirlər – çünki doğru cavabı verdiklərini bilirlər.

Aydın