XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Formula-1": Antonelli İtaliya Qran-prisini qazandı
İdman20:59 06.09.2026

"Formula-1": Antonelli İtaliya Qran-prisini qazandı

"Mercedes" komandasının italiyalı pilotu Kimi Antonelli 2026-cı il "Formula-1" dünya çempionatının 13-cü mərhələsi, İtaliya Qran-prisinin qalibi olub.

Qaynarifno xəbər verir ki, yarış "Monza" avtodromunda keçirilib.

İkinci yeri britaniyalı Corc Rassell ("Mercedes") tutub. İlk üçlüyü Niderland təmsilçisi Maks Ferstappen ("Red Bull") tamamlayıb.
Qeyd edək ki, hazırda çempionatın lideri olan Antonelli planlaşdırılmış mühərrik dəyişdirilməsi ilə əlaqədar yarışa 19-cu sıradan başlamışdı.
Bu mərhələdən sonra Kimi Antonelli 267 xalla liderliyini davam etdirir. Corc Rassel 201 xalla ikinci, "Ferrari" pilotu Lyuis Hemilton 191 xalla üçüncüdür.