XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ucarda yük avtomobili yandı
Ölkə21:59 06.09.2026

Ucarda yük avtomobili yandı

Ucarda ağır tonnajlı yük avtomobili yanıb.

Qaynarifno xəbər verir ki, hadisə Bakı- Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan kabellə yüklənmiş ağır tonnajlı yük avtomobili anidən alışaraq yanıb.
Hadisə yerinə FHN-in yanğınsöndürən briqadası cəlb olunaraq yanğın söndürülüb.

Baş vermiş hadisə zamanı müəyyən müddətə yolda avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb.
Müvafiq qurumlar tərəfindən artıq avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.