Ekonomiks 16:55 26.08.2022

“Azərkosmos” cərimə edildi

"Azərbaycan Respublikasının Kosmik Agentliyi" (Azərkosmos) publik hüquqi şəxs barəsində gömrük əməliyyatlardakı inzibati xətaya görə cərimə protokolu tərtib edilib.

Qaynarinfo xəbər verir ki, Dövlət Gömrük Komitəsi "Azərkosmos” barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərib. Ülviyyə Şükürovanın sədrliyi ilə 07.09.2022-ci ildə məhkəmənin baxış iclası təyin edilib. 

İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Əhməd