Xəbər lenti

Baltikyanı ölkələr Rusiya nömrəli avtomobillərinin ölkəyə girişini qadağan etdi
Dünya 13:59 13.09.2023

Baltikyanı ölkələr Rusiya nömrəli avtomobillərinin ölkəyə girişini qadağan etdi

Çərşənbə günü, sentyabrın 13-də yerli vaxtla səhər saat 10-dan etibarən Estoniyada Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişi qadağan ediləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə xarici işlər naziri Marqus Tsahkna "Twitter" hesabında məlumat verib.

"Bu gündən, daha doğrusu 16 dəqiqədən sonra Estoniya Rusiyada qeydiyyatda olan bütün nəqliyyat vasitələrinin ölkəyə girişini qadağan edir. Onlar Ukrayna qələbə qazanana qədər azadlığın təklif edə biləcəyi imtiyazlardan istifadə etməyə dəvət edilmirlər", - Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Beləliklə, Estoniya Avropa Komissiyasının tövsiyələrini yerinə yetirəcək, ona əsasən, Aİ ölkələrinə Rusiya dövlət nömrə nişanlı şəxsi avtomobillərin Aİ ərazisinə buraxılmasına icazə verilmir.

"Rusiyaya qarşı sanksiyaların məqsədi birdir – təcavüzkar ölkəni öz sərhədlərinə çəkilməyə məcbur etmək. Avropa Komissiyası mövcud sanksiyalara yeni aydınlıq gətirdiyindən və Estoniya Rusiyanın təcavüzünün dəyərini artırmaq üçün bütün imkanlardan istifadə etməyi zəruri hesab etdiyindən, biz Latviya və Litvanın hakimiyyət orqanları ilə məsləhətləşərək belə qənaətə gəldik ki, sanksiyaların birgə tətbiq edildiyi zaman effektivdir”, - deyə daxili işlər naziri Lauri Lenemetsa bildirib. 

Rusiya dövlət nömrə nişanlı nəqliyyat vasitəsi sərhəd-keçid məntəqəsinə gələrsə, Vergi və Gömrük Departamenti müvafiq prosedurları həyata keçirəcək. Nəqliyyat vasitəsinin istifadəçisi və ya sahibi avtomobillə Rusiyaya qayıtmalı və ya onsuz sərhədi keçməli olacaq.

Qeyd edək ki, sentyabrın 8-də Avropa Komissiyası Rusiyaya və ya Rusiyadan malların idxalına və ixracına uzun müddətdir qoyulmuş məhdudiyyətlərlə bağlı açıqlamalar dərc edib. Onlar aydınlaşdırıblar ki, qadağaya səyahət edənlərin əşyalarının şəxsi olub-olmamasından asılı olmayaraq avtomobillər və bəzi mallar daxildir.

Litva Avropa Komissiyasının izahatından sonra xəbərdarlıq edib ki, Kalininqrad vilayətinə tranzitlə gedənlər istisna olmaqla, Rusiya qeydiyyatı olan avtomobillərə icazə verilməsini dayandıracaq.

Litvanın ardınca Latviya da belə bir qərarı açıqlayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->