Xəbər lenti

İdman 21:38 11.07.2026

"Barselona"dan 100 milyonluq transfer əməliyyatı

Kataloniya təmsilçisi "Barselona" müdafiə xəttini gücləndirmək üçün transfer bazarında böyük bir əməliyyata hazırlaşır.

Fanat.Az xəbər verir ki, "göy-qırmızılılar" "Arsenal"ın fransalı müdafiəçisi Uilyam Salibanın transfer variantlarını nəzərdən keçirir.

Bu transferin reallaşmasının heç də asan olmayacağı bildirilir. Belə ki, London klubu fransalı müdafiəçi üçün 100 milyonluq nəhəng transfer qiyməti qoyub.

Lakin bu çətinliyə baxmayaraq, "Barselona" rəhbərliyinin hələ geri çəkilmək niyyətində olmadığı və transfer şərtlərini sonadək məcbur edəcəyi vurğulanır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->