"Qarabağ" Cənubi Kiprin APOEL klubunda çıxış edən braziliyalı yarımmüdafiəçi Dieqo Rosa üçün təklifini yeniləyib.
Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, Ağdam təmsilçisi icarə müqabilində 200 min avro ödəməyə və futbolçunu bir mövsümlüyə icarəyə götürməyə hazırdır.
Təklifdə 2027-ci ilin yayında Dieqo Rosanın 1 milyon avroya məcburi satın alınması ilə bağlı bənd də yer alıb. Bildirilir ki, bu şərtin qüvvəyə minməsi braziliyalının "Qarabağ"ın heyətində keçirəcəyi oyunların sayından asılı olacaq. Şərtlər tam yerinə yetirilərsə, transferin ümumi məbləği 1,2 milyon avroya çata bilər.
Qeyd edək ki, “Qarabağ” daha əvvəl APOEL-ə 150 min avro icarə haqqı və 850 min avro satınalma məbləği təklif etmişdi. Yeni təklifdə həm icarə, həm də mümkün transfer məbləği artırılıb. Dieqo Rosanın APOEL-lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Rosa 2021-ci ildə Braziliyanın "Qremio" klubundan 6 milyon avroya "Mançester Siti"yə transfer olunub. Bir müddət Belçikanın "Lommel" və Portuqaliyanın "Vizela" klublarına icarəyə verilib, 2023-cü ildə "Baya"ya transfer edilib. Bir müddət müxtəlif klublara icarəyə verilib və 2025-ci ildə APOEL-ə keçib. O, Braziliyanın U-16 və U-17 yığmalarında da çıxış edib.
Şərhlər