Xəbər lenti

Basketbol millimizin seçmə mərhələ üçün ilkin heyəti açıqlandı
İdman 11:14 20.11.2025

Basketbol millimizin seçmə mərhələ üçün ilkin heyəti açıqlandı

Basketbol üzrə Azərbaycan millisinin 2029-cu ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsinin iki oyunu üçün ilkin heyəti açıqlanıb.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Komanda bu matçlara hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına başlayıb.

Baş məşqçi Tahir Baxşıyevin dəvət göndərdiyi oyunçular: Amil Həmzəyev, Şirzad Şirzadov, Elşad Şirzadov, Əkbər Məmmədov, Kamran Məmmədov, Tariyel Yusifzadə, Ramazan Qarayev, Hüseyn Qaflanov, Saadettin Donat, Cəbrayıl Əkbərov, Ulaş Turqut, Emmanuel Aqbason, İmayıl Abdullayev, Derin Berkoz, Hüseyn Məmmədov, Ercan Donat, Məhəmməd Hüseynli, Səid İsmayılov, Rəşid Abbasov, Endər Poladxanlı.

Vesli Van Bek isə millinin heyətinə Şimali Makedoniyada qoşulacaq. Hazırlıq prosesinin yekununda məşqçilər korpusu tərəfindən 12 basketboluçu millinin əsas heyətinə cəlb olunacaq.

Qeyd edək ki, Azərbaycan yığması ilk olaraq noyabrın 27-də səfərdə Şimali Makedoniya ilə, üç sonra isə Bakıda Lüksemburq seçməsi ilə üz-üzə gələcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->