Xəbər lenti

Dünya 17:18 08.09.2023

"Bloomberg": Baydenin G20 sammitində Çinin baş naziri ilə görüşmək planı yoxdur

ABŞ prezidenti Co Bayden bu həftə sonu Hindistanda keçiriləcək G20 sammitində Çinin baş naziri Li Qianla görüşməyi planlaşdırmır. 

Qaynarinfo xəbər verir ki, Bloomberg bu barədə ölkənin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivana istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Vaşinqtondan uçan Amerika liderinin hələ Çinin baş naziri ilə qarşılıqlı əlaqə planı yoxdur. O, Ağ Evin Ukrayna prezidenti Vladimir Zelenskini G20 sammitində görmək istədiyini də qeyd edib.

Daha əvvəl Bayden Çin lideri Si Szinpinin G20 sammitində iştirak etməyəcəyi ilə bağlı məlumatdan "məyus olduğunu" ifadə edib.

Media Çinin Baş nazir Li Qianqı öz nümayəndəsi kimi Yeni Dehliyə göndərəcəyini və Si Szinpinin "Hindistanla rəqabətə” görə sammitdə iştirak etməyəcəyini bildirib.


Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->