Xəbər lenti

Dünya 12:11 14.04.2024

Bolton İsraili İranı nüvə silahından məhrum etməyə çağırdı

Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib ki, İsrail Tehranın hücumuna cavab olaraq İranın nüvə silahı proqramını ləğv etməyi düşünməlidir. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

O, İranın yəhudi dövlətinin ərazisinə hücumunun İsrail və ABŞ-ın mühafizə siyasətinin uğursuzluğu olduğunu vurğulayıb. Boltonun fikrincə, İsrailin cavabı daha ​​güclü olmalıdır.

"Hazırda raketlərin heç birində nüvə başlıqlarının olmadığı demək olar ki, dəqiqdir, lakin siz heç vaxt deyə bilməzsiniz ki, növbəti hücumda, ballistik raketlərin növbəti zərbəsində nüvə başlıqları ola bilər", deyə Bolton qeyd edib.

Bununla bağlı o, İsraili İranın nüvə silahı proqramının ləğvi məsələsini nəzərdən keçirməyə çağırıb. Keçmiş müşavir Ağ Evin Benyamin Netanyahunu belə bir planı həyata keçirməkdən çəkindirməyəcəyinə ümid etdiyini bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->