Ekonomiks 13:34 05.12.2023

Borclu vergi ödəyicilərinə şad xəbər: Hesablarına qoyulan sanksiya ləğv olunacaq

Milli Məclisin bu gün keçrilən iclasında Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi qəbul olunub.

Qaynarinfo xəbər verir ki, məcəllədəki dəyişikliklərlə bağlı komitə sədri Tahir Mirkişili məlumat verib.

O bildirib ki, vergi orqanları indiyə qədər borclu vergi ödəyicilərinin bütün hesablarına, bir neçə bankdakı hesabına və ya bir bankdakı bir neçə hesabına sanksiya tətbiq edirdi:

"Dəyişiklikdən sonra vergi ödəyicisinin tələbi ilə digər hesablardakı sanksiya aradan qaldırılacaq. Sanksiy yalnız bir hesabda olacaq".

Qafqaz Rafiqoğlu