Fransa birinci xanımı Bricit Makronun qızı anasının həyatına bənzər münasibət yaşamağa başlayıb.
Qaynarinfo xəbər verir ki, "Daily Mail" qəzetinin məlumatına görə, 42 yaşlı Tifeyn Ozye özündən 20 yaş kiçik, 22 yaşlı tələbə Antuan Lekomt ilə romantik münasibət qurub.
Məlumata görə, cütlük Fransanın Le-Tuke kommunasında tanış olub. Həmin vaxt Lekomt kaytserfinq üzrə təlimatçı kimi çalışırmış və Ozyeyə elektrik sörf taxtasında sürməyi öyrədib.

Nəşr münasibətlərin Bricit Makronun Fransa prezidenti Emmanuel Makronla yaşadığı sevgi hekayəsini xatırlatdığına diqqət çəkib. Bricit Makron da həyat yoldaşından xeyli böyükdür. Hazırda onun 73, Fransa liderinin isə 48 yaşı var.
Bricit Makronun qızının seçimini dəstəklədiyi bildirilir. Fransa birinci xanını vurğulayıb ki, onun üçün ən vacib məsələ qızının xoşbəxtliyidir.
Bricit Makron Fransa prezidenti Emmanuel Makronun ilk və yeganə həyat yoldaşıdır. Onların arasındakı yaş fərqi uzun müddətdir ictimaiyyətin diqqətindədir.
Aydın
Şərhlər