Xəbər lenti

Britaniya qanunsuz miqrantları keçmiş hərbi bazalarında yerləşdirəcək
Dünya 17:40 07.09.2025

Britaniya qanunsuz miqrantları keçmiş hərbi bazalarında yerləşdirəcək

Britaniya hökuməti qanunsuz miqrantları yerləşdirmək üçün keçmiş hərbi bazalardan istifadə etmək niyyətindədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph” məlumat yayıb.

Nəşr qeyd edir ki, miqrantların keçmiş hərbi bazalarda yerləşdirilməsinin əsas məqsədi qeyri-qanuni miqrantların otellərdə saxlanması xərclərini azaltmaqdır. Qaçqınlar üçün mənzillərin qiyməti yerli sakinlərin narazılığına səbəb olub.

Qaçqınlar London yaxınlığındakı Esseks və Kent qraflıqlarında yerləşdiriləcək. Onları əvvəlki hökumət hazırlayıb.

Mart ayında "The Times" qəzeti yazıb ki, Britaniya Balkan ölkələrinə sığınacaq verilməmiş miqrantların deportasiyası imkanlarını araşdırır. Nəşrin məlumatına görə, London deportasiya edilən hər bir xarici vətəndaşa görə qəbul edən ölkələrə təzminat ödəməyi planlaşdırır.

Qəzetin mənbələri Britaniyanın Albaniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Şimali Makedoniya ilə miqrantların deportasiyası imkanlarını müzakirə etmək niyyətində olduğunu bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->