Xəbər lenti

Azərbaycan millisi dünya ikincisi oldu (YENİLƏNİB)
İdman 22:48 07.09.2025

Azərbaycan millisi dünya ikincisi oldu (YENİLƏNİB)

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.

Qaynarinfo-nun məlumatına görə, yığma finalda Niderland seçməsi ilə üz-üzə gəlib. 

Komanda rəqibinə 16:21 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13), yarımfinalda İspaniyanı (21:17) üstələyib. Millimiz tarixində ilk dəfə finalda çıxış edib.
 
18.34

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda ilk dəfə finala vəsiqə qazanıb. 

Qaynarinfo-nun məlumatına görə, yığma yarımfinalda İspaniya seçməsi ilə üz-üzə gəlib. 

Komanda rəqibini 12:17 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13) üstələyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->