Xəbər lenti

Dünya 16:42 01.08.2022

Britaniyanın növbəti baş naziri olacaq Liz Trass kimdir?

İndi xarici işlər naziri olan Liz Trass üsyanla üzləşən Boris Consona sadiq qalıb və dövlət vergilərinin azaldılmasını vəd edir.

Qaynarinfo "Aljazeera” saytında Britaniyanın növbəti baş naziri olmağa favorit Liz Trass haqqında Tomas O Falk-ın yazısını təqdim edir.

Sağçı Mühafizəkarlar Partiyasının siyasətçisi Liz Trass hazırda qalmaqaldan əziyyət çəkən Boris Consonu əvəz edəcək növbəti Böyük Britaniya baş naziri olmaq üçün əsas namizəddir.

47 yaşlı xanım parlamentə 2010-cu ildə daxil olub və 2014-cü ilə qədər ilk kabinet vəzifəsinə - David Kameron dövründə ətraf mühit, qida və kənd işləri üzrə dövlət katibi vəzifəsinə təyin olunub.

O vaxtdan bəri Tereza Mey və Consonun rəhbərliyi altında müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildə ona xarici işlər naziri vəzifəsi verilib.

Ancaq o, həmişə mühafizəkar olmayıb. Solçu valideynlər tərəfindən böyüdülən Trass mərkəzçi Liberal Demokratların yeniyetmə üzvü olub və 19 yaşında monarxiyanın ləğvinə çağırışlar edib.

Liverpul Universitetinin Britaniya siyasəti professoru David Cefferi Consonun qeyri-bərabərliyi azaltmağa yönəlmiş siyasətinə istinad edərək deyir:

"Trass Mühafizəkarlar Partiyasının sağındadır və instinktiv olaraq azad ticarətin tərəfdarıdır və təbii yüksəlişçi deyil".

2016-cı ilin iyununda Avropa Birliyinə üzvlüklə bağlı referendumda Trass Consona zidd səs verib və blokda qalmağın tərəfdarı olub.

"O, referendumda "qalmağı" dəstəkləsə də, bir dönəmin təsiri ilə qətiyyətlə ayrılan siyasətçi oldu",- Cefferi deyir.

"Trass xarici işlər naziri vəzifəsində çox zəif idi. O, çox aktiv (və sosial medianı bilən) beynəlxalq ticarət katibi idi, lakin xarici işlər katibi kimi sönük görünürdü. Rusiyanın Ukraynaya təcavüzündən sonra o, baş nazir və müdafiə naziri Ben Uollesin kölgəsində qaldı”, - Cefferi bildirir.

Rəqibi Rişi Sunakdan fərqli olaraq, Trass bu ayın əvvəlində partiya üsyanı ilə üzləşən baş nazirə sadiq qalan bir neçə kabinet üzvü arasında idi.

Bu sədaqət hissi yüksək qiymətləndirilmiş kimi görünür. Bu, həm də onun hökuməti idarə etmək üçün indiki favorit olmasının səbəbi ola bilər. O, Uolles və keçmiş baş nazirliyə namizədlərdən Tom Tuqendat da daxil olmaqla aparıcı mühafizəkar siyasətçilərin dəstəyini qazanıb. 

Yaxın tarixli YouGov-un son sorğusu göstərir ki, sorğuda iştirak edənlərin 31%-i Sunak-a, 49%-i isə Trassa səs vermək niyyətindədir.

Xarici işlər naziri kimi Trass Böyük Britaniyanın beynəlxalq siyasətdəki rolunu gücləndirmək məqsədi ilə "Qlobal Britaniya” ideyasını təbliğ edib.

2021-ci ildə Chatham House-da çıxışı zamanı Trass Britaniya xarici siyasətini azadlıqla Rusiya və Çin kimi avtoritar rejimlər arasında ideoloji mübarizə kimi gördüyünü bildirib.

Trass keçmiş baş nazir Marqaret Tetçerə heyran olduğunu bəyan etməkdən yorulmur.

Trass 1980-ci illərdə şəxsi gəlir vergisini azaldan Tetçerə bənzər 30 milyard funt sterlinq vergi endirimi vəd edir və insanların artan yaşayış xərclərinin öhdəsindən gəlməyə kömək etmək üçün təcili tədbirlər görəcəyini deyir.

"Trassın özünü vaxtaşırı Tetçerə bənzətməsinə şübhə yoxdur. Ancaq Tetçer ölkənin taleyi ilə bağlı aydın təsəvvürə malik olsa da, Trassın eyni vizyona sahib olduğu demək mümkün deyil”. Trsssın (və demək lazımdır ki, Sunakın) Tetçeri təqdiri ya Tetçerin qismən dərk edilməsinə görədir, ya da bu Tetçer/Tetçerizmin əslində karikaturasıdır”,- Cefferi deyir.

Trsssın Britaniyanın növbəti baş naziri kimi, əslində Sunakdan daha çox Conson siyasətinin davamçısı olacağı ehtimal edilir. 

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->