İdman 14:15 06.06.2023

Bu futbolçular "Kəpəz"ə lazım olmadı

"Kəpəz" iki legioneri ilə yollarını ayırıb.
 
Qaynarinfo-nun məlumatına görə, klubun açıəqlamasında hücumçu Salif Sisse və qapıçı Mario Mustapiçin başa çatan müqaviləsinin yenilənmədiyi və onların "Kəpəz"dən ayrıldığı bildirilib.
 
Son mövsümdə 13 oyunda forma geyinən Salif Sisse 1 qol vurub. Mario Mustapiç isə çempionatda meydana çıxdığı 9 oyunda 12 top buraxıb.
 
Səbuhi Həsənov