Xəbər lenti

Bu içki və qidalar qaraciyər xərçənginə səbəb olur
Sağlamlıq 22:00 04.12.2023

Bu içki və qidalar qaraciyər xərçənginə səbəb olur

Spirtli içkilər və yağlı ət məhsulları qəbul etmək qaraciyər xərçənginin inkişafına səbəb ola bilər. 

Qaynarinfo news.ru-ya istinadən xəbər verir ki, bunu onkoloq, tibb elmləri namizədi, Rusiya Tibb Elmləri Akademiyasının Kliniki Onkologiya İnstitutunun baş elmi işçisi Yevgeni Çeremuşkin deyib.

Həkimin sözlərinə görə, spirtli içkilər və pis vərdişlər bir çox xəstəliklərin yaranmasında əsas amillərdəndir. Bundan əlavə, qaraciyər yağlı ətlərin, məsələn, donuz və ya ördək yeməkdən mənfi təsirlənir.

"Etil spirti qaraciyər kütləsinin 80%-ni təşkil edən hepatositlərin ölümünə səbəb ola bilər", deyə Çeremuşkin izah edib.

Bundan əlavə, onkoloq qida məhsullarının tərkibində olan kimyəvi əlavələrin də sağlamlıq üçün təhlükəli olduğunu vurğulayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->