İdman 18:21 23.02.2023

Bu komanda çempionatdan qovuldu, futbolçu 10 oyunluq cəzalandırıldı

AFFA-nın İntizam Komitəsi növbəti iclasını keçirib.

Qaynarinfo-nun məlumatına görə qurumun təşkil etdiyi Region Liqası yenə diqqət mərkəzinə düşüb. Həvəskarların çempionatından fərqlənməyən Region Liqasında özbaşınalığın davam etdiyi aşkar görünür,

"Ağstafa” – "Marxal” (Şəki) qarşılaşması "Marxal” (Şəki) komandası oyuna vaxtında gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən "Marxal” (Şəki) klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 55.1).

"Ağsu Siti” – "Araz” (Saatlı) qarşılaşması "Ağsu Siti” komandası oyuna vaxtında gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən "Ağsu Siti” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin və bu hal üçüncü dəfə təkrarlandığına görə "Ağsu Siti” komandası yarışlardan kənarlaşdırılsın (maddə 55.1).

"Xəzər Lənkəran 42” – "Zəfər 44” oyununda "Zəfər 44” komandasının heyətində 9 nömrəli futbolçusu Ruslan Tağızadə qarşılaşmanın 71-ci dəqiqəsində təhqiramzi ifadələr işlətdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması və oyundan sonra hakimlər briqadasına fiziki təzyiq göstərməsinə görə 10 oyun cəzalandırılsın (maddə 73 və 37.8).

"Lokomotiv” – "İrəvan” oyununda "Lokomotiv” komandasının heyətində protokolda adı qeyd edilməyən oyunçu aşkarlanmasına görə "Lokomotiv” kluba 0:3 hesablı məğlubiyyət verilsin (maddə 50.6).

Səbuhi Həsənov