Xəbər lenti

Bu liseyə direktor təyin edildi
Ölkə 10:33 09.07.2026

Bu liseyə direktor təyin edildi

Salyan Peşə Liseyində yeni təyinat olub.

Qaynarinfo xəbər verir ki, Arzu Əliyeva Sübhan Rahim oğlu Cəbrayılov adına Salyan Peşə Liseyinin direktoru vəzifəsinə təyin edilib.

Arzu Əliyeva 2012-ci ildə Bakı Avrasiya Universitetində "Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycan Dövlət İqtisad Universitetində ‘’Dövlət və bələdiyyə idarəetməsi’’ ixtisası üzrə əlavə təhsil alır.

Əmək fəaliyyəti dövründə Saatlı və Salyan rayonlarının ümumi təhsil müəssisələrində müəllim, direktor müavini və direktor vəzifələrində çalışıb.

2024-cü il 30 aprel tarixində Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub, 2025-ci il 15 iyun tarixindən isə həmin məktəbin direktoru vəzifəsində fəaliyyətini davam etdirib.

Yeni vəzifəsində Arzu Əliyevaya uğurlar arzulayırıq.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->