Xəbər lenti

Ağ Ev Trampa görə BMT-nin baş katibi vəzifəsinə bütün namizədlərə qarşı çıxır
Dünya18:29 11.10.2026

Ağ Ev Trampa görə BMT-nin baş katibi vəzifəsinə bütün namizədlərə qarşı çıxır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağ Ev administrasiyası Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi vəzifəsinə hazırda namizəd olan şəxslərin hamısına qarşı çıxır. Buna səbəb onların heç birinin ABŞ prezidenti Donald Trampın dünyagörüşünü kifayət qədər bölüşməməsidir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Bildirilir ki, ABŞ lideri BMT-də “radikal islahatların” aparılmasına çalışır.

“Namizədlərin siyahısında ABŞ-ın görmək istədiyi islahatçı yoxdur. Bəzi namizədlər isə, görünür, mövcud vəziyyətin qorunmasına daha çox meyillidirlər”, deyə Tramp administrasiyasının rəsmisi bildirib.

ABŞ Dövlət Departamentinin əməkdaşı da qeyd edib ki, təşkilata yaxın şəxslər arasından seçilən peşəkar namizəd mütləq bu vəzifəyə uyğun olmaya bilər. Onun sözlərinə görə, bəzi düzəlişlər edə biləcək şəxsə ehtiyac var.

“Politico”nun yazdığına görə, ABŞ-ın baş katib postuna namizədi bu qədər israrla irəli sürməsi qeyri-adi haldır. Tramp administrasiyasının bir sıra namizədlərə kəskin müqaviməti isə Ağ Evin təşkilata nə dərəcədə təsir göstərmək istədiyini nümayiş etdirir.

Aydın