Xəbər lenti

Gələcək okeanların mənbəyi ola biləcək nəhəng buz buludları tapıldı
Dünya16:15 12.10.2026

Gələcək okeanların mənbəyi ola biləcək nəhəng buz buludları tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Astronomlar Süd Yolu qalaktikasında gələcək planetlərin su ehtiyatlarını formalaşdıra biləcək nəhəng ulduzlararası buz buludlarının geniş xəritəsini hazırlayıblar. Kəşf yeni planetlərdə okeanların necə yarana biləcəyini anlamağa kömək edə bilər.

Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri “The Astrophysical Journal” jurnalında dərc olunub.

Harvard-Smitson Astrofizika Mərkəzindən Qari Melnikin rəhbərlik etdiyi alimlər NASA-nın SPHEREx kosmik rəsədxanasının məlumatlarından istifadə ediblər. İnfraqırmızı diapazonda müşahidələr aparan teleskop Süd Yolunda ulduzların yarandığı iki aktiv bölgədə — Cygnus X və Şimali Amerika dumanlığında yüzlərlə işıq ili boyunca uzanan buz buludları aşkar edib. Bu ərazilərdə donmuş su saysız-hesabsız kosmik toz zərrəciklərinin səthində toplanır.

Alimlərin fikrincə, qaz və toz buludları sıxılaraq yeni planetlər əmələ gətirərkən buzun bir hissəsi də bu prosesə qoşulur. Melnik hesab edir ki, ulduzlararası buzun böyük ehtiyatları planetlərin gələcəkdə su ilə zənginləşməsini izah edə bilər. Onun sözlərinə görə, Yer kürəsindəki suyun əhəmiyyətli hissəsi, hətta bəlkə də hamısı ilkin olaraq ulduzlararası buz şəklində mövcud olub.

Qeyd edək ki, “Ceyms Vebb” kosmik teleskopu da əvvəllər oxşar buz ehtiyatlarını müşahidə edib. Lakin SPHEREx daha geniş əraziləri əhatə edən xəritələr hazırlamağa imkan verir. İkiillik missiyası çərçivəsində aparat bütün səmanı dörd dəfə skan edəcək.

Tədqiqatçılar növbəti mərhələdə kosmosdakı buz ehtiyatlarının həcmini daha dəqiq müəyyənləşdirməyi planlaşdırırlar. Bu araşdırmalar su ilə zəngin planet sistemlərinin yarandığı bölgələri müəyyən etməyə və həyat üçün potensial əlverişli dünyaların axtarışına töhfə verə bilər.

Aydın